1 min read

“Gəncə” ABŞ-dən olan basketbolçu Kobi Maqini heyətinə qatıb

“Gəncə” daha bir basketbolçunu heyətinə cəlb edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Bildirilib ki, ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək bölgə təmsilçisində çıxış edəcək. 23 yaşlı müdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.

1 min read

“Gəncə” amerikalı basketbolçu Montavius Mörfini heyətinə cəlb edib

“Gəncə” basketbol klubu ABŞ-dən olan forvard Montavius Mörfi ilə mövsümün sonunadək müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. 206 sm boya malik basketbolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb. Qeyd edək ki, 25 yaşlı forvardın sonuncu klubu Bolqarıstan “Minyor”u olub.

1 min read

“Gəncə” ABŞ-dən olan Bakari Kamaranı heyətinə qatıb

“Gəncə” basketbol klubu ABŞ-dən olan Bakari Kamaranı heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, 28 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə bağlanıb. Boyu 201 sm olan oyunçu karyerası ərzində İspaniya, Danimarka və Fransa klublarında çıxış edib. Qeyd edək ki, B.Kamaranın son klubu Qətərin “Əl-Vakra” komandası olub.