Gəncə şəhəri
Elmar Vəliyevə məxsus olduğu iddia edilən Ticarət Mərkəzi satışa çıxarıldı
Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb. Obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir. Canlixeber.com xəbər verir ki, Gununsesi.info-niun yaydığı xəbərə görə, məşhur bazarın satılması ilə bağlı ilk hərrac avqustun 11-də baş tutacaq. Bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir. Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir. […]
Gəncədə maşınlar toqquşdu – Yaralı var
Gəncədə iki maşın toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, iki avtomobil toqquşub. Toqquşma zamanı maşınlardan biri hərəkət edən motosiklet qoşqusuna çırpılıb. Nəticədə qoşqunu idarə edən 1992-ci il təvəllüdlü Göygöl sakini Turxan Hüseynov xəsarət alıb. Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.
Gəncədə 36 yaşlı qadın bıçaqlandı
Gəncədə 36 yaşlı qadın bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, şəhər sakini Aygün İsmayılova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin onun əri tərəfindən törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
