Fövqəladə Hallar Nazirliyi
Paytaxtda yanğın baş verib, avtomobillərə ziyan dəyib
Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən “Uğur” yaşayış kompleksində qeydə alınıb. Binanın həyətində yerləşən məişət tullantıları yanıb. Məlumat daxil olduqdan sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutularda baş vermiş yanğın […]
Anar Seyidməmmədov ehtiyata buraxıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nəsimi rayon nümayəndəliyində kadr dəyişikliyi olub. Canlixeber.com xəbər verir ki, FHN-in Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Anar Aynal oğlu Seyidməmmədov öz ərizəsinə əsasən ehtiyata buraxılıb. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bir neçə gün əvvəl bu barədə əmr imzalayıb. Qeyd […]
Kəmaləddin Heydərovdan yeni TƏYİNAT
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Canlixeber.com xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovnik-leytenantı Hikmət Əliyev sözügedən vəzifəyə təyin olunub. Qeyd edək ki, polkovnik-leytenantı Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin […]
Kəmaləddin Heydərov komandiri işdən çıxardı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri işdən azad olunub. Canlixeber.com xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Alayının komandiri polkovnik Vüqar Məhərrəmov tutduğu vəzifəsindən azad edilib. Onun yerinə Süleyman Hüseynov gətirilib. Nazir bununla bağlı bir müddət əvvəl əmrlər imzalayıb.
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi, bəzi ərazilərdə, o cümlədən iyunun 27-dən 28-nə keçən gecə Bakıda və Abşerin yarımadasında […]
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Canlixeber.com xəbər verir ki, vu barədə FHN məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan başlayaraq 29 iyunadək ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. İntensiv yağıntıların səbəb ola […]
FHN çimərliklərlə bağlı xəbərdarlıq etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb: “Hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır […]
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. “Hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və […]
FHN: Ötən sutka 2 xilasetmə əməliyyatı aparılıb
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Həyata keçirilən tədbirlər […]
