Ekspert rəyi
Sadəcə texnologiyanın alınması onun effektiv istifadəsinə zəmanət vermir- Ekspert
Kənd təsərrüfatında sahəsində istehsal üsulları getdikcə yerini müasir texnologiyalara verir. Artmaqda olan istehsal xərcləri, su ehtiyatlarının məhdud olması ,iqlim dəyişiklikləri və məhsuldarlığın yüksəldilməsi fermerləri yeni yollar axtarmağa yönləndirir. Bu aspektdən müasir aqrotexnologiyalar kənd təsərrüfatının inkişafı üçün vacib vasitələrdən birinə çevrilob. Torpaq analizlərindən ağıllı suvarma sistemlərinə, dronlardan rəqəmsal monitorinq imkanlarına qədər müxtəlif texnologiyalar istehsal prosesinin optimallaşdırılmasına […]
“Valideynlər övladlarının göstərdiyi şeyi də qiymətləndirməlidirlər” – PSİXOLOQ
Valideynlər övladlarının uğurlu, savadlı və xoşbəxt gələcəyə sahib olmasını istəyirlər. Bu məqsədlə onların qarşısına yüksək hədəflər qoyur, daha yaxşı nəticə göstərmələrini, yaşıdlarından geri qalmamalarını gözləyirlər. Lakin bəzən xoş niyyətlə qoyulan gözləntilər uşağın üzərində görünməz təzyiqə çevrilə bilir. “Daha yaxşı oxumalısan”, “sən bunu bacarmalısan”, “filankəs səndən daha yaxşı nəticə göstərib” kimi ifadələr uşağın motivasiyasını artırmaq əvəzinə […]
Psixoloq: Məktəbdə özünə dost tapa bilməyən uşaq təcrid olunmuş hiss edir:
Məktəb uşağın yalnız bilik və bacarıqlar qazandığı deyil, eyni zamanda sosial münasibətlər qurmağı öyrəndiyi mühüm mühitlərdən biridir. Bu səbəbdən sinif yoldaşları tərəfindən qəbul edilməmək və dostluq münasibətləri qura bilməmək uşağın məktəb həyatına münasibətinə təsirsiz ötüşmür. Belə vəziyyətlə üzləşən uşaqlarda ünsiyyətdən uzaqlaşma, özünəqapanma, dərsə marağın azalması və davranış dəyişiklikləri müşahidə oluna bilər. Mövzu ilə bağlı Canlixeber.com-a […]
Bəzən fermerlərə ayrılan subsidiyalar onların xərclərini tam kompensasiya etmir- Ekspert
İstehsal xərclərinin artması fermerlərin fəaliyyətinə təsir edən əsas amillərdən biridir. Əsasən toxum, gübrə, yanacaq, pestisid və digər istehsal vasitələrinin qiyməti artdıqca məhsulun maya dəyəri də artmış olur. Bu isə fermerin əldə etdiyi gəlirin azalmasına və məhsulun əkininə olan marağın azalmasına səbəb olur. Mövzu ilə bağlı Canlixeber.com-a danışan kənd təsərrüfatı üzrə ekspert Arif Nuriyev bildirib ki, […]
İngilis dilini öyrənən zaman harada səhv edirik? – MÜSAHİBƏ
Müasir dünyada xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, həm təhsil, həm də əmək bazarında mühüm üstünlüklərdən biri hesab olunur. Xüsusilə ingilis dili beynəlxalq ünsiyyət, elm, texnologiya və peşəkar inkişaf baxımından geniş imkanlar yaradır. Bəs ingilis dilinin öyrənilməsində əsas çətinliklər nələrdir və xarici dil bilmək insanın gələcək karyerasına nə dərəcədə təsir edir? Canlixeber.com bu […]
Həsən Hüseynsoy: Kiçik bizneslərin sosial mediada etdiyi 5 əsas səhv
Sosial media kiçik bizneslər üçün artıq sadəcə məhsulu göstərmək və əlaqə nömrəsi paylaşmaq üçün istifadə olunan platforma deyil. Müştərinin brendlə ilk qarşılaşması, məhsul haqqında ilkin təsəvvürü və hətta alış qərarının formalaşması çox zaman sosial şəbəkədən başlayır. Azərbaycanda da sosial medianın əhatəsi kifayət qədər genişdir: 2025-ci ilin əvvəlində ölkədə 6,73 milyon sosial media istifadəçi identikliyi qeydə […]
SMM sahəsinə necə başlamaq olar? – Ekspert: “Bu sahədə ən böyük səhv işin rahat olduğunu düşünməkdir”
Sosial media marketinqi son illərdə Azərbaycanda əmək bazarının diqqət çəkən istiqamətlərindən birinə çevrilib. Xüsusilə gənclər arasında SMM-ə marağın artması bu sahənin nisbətən qısa müddətdə öyrənilə bilməsi, freelance və məsafədən işləmək imkanlarının olması ilə əlaqələndirilir. Bununla belə, peşəyə yeni başlayanların qarşısında bir sıra suallar yaranır: SMM öyrənməyə haradan başlamaq lazımdır, hansı bacarıqlar daha vacibdir, şirkətlər yeni […]
“Kənd təsərrüfatının inkişafına mane olan əsas amil qiymətlərin düzgün tənzimlənməməsidir” – EKSPERT
Kənd təsərrüfatının inkişafı yalnız məhsul istehsalının artırılmasından deyil, həm də fermerin yetişdirdiyi məhsulu layiqli qiymətə sata bilməsindən asılıdır. Son illər aqrar sahədə müxtəlif istiqamətlər üzrə inkişaf və dövlət dəstəyi tədbirləri həyata keçirilsə də, bazarda qiymətlərin dəyişkənliyi, məhsulun satışında yaranan çətinliklər və istehsal xərclərinin yüksək olması fermerlərin qarşılaşdığı əsas problemlər sırasında qalır. Bəzi hallarda sahibkar məhsulunu […]
Reputasiya böhranından çıxış yolu: Etibarı yenidən qazanmaq mümkündürmü?
Rəqəmsal dövrdə bir şirkətin reputasiyası təkcə təqdim etdiyi məhsul və ya xidmətin keyfiyyəti ilə deyil, həm də cəmiyyət qarşısında nümayiş etdirdiyi məsuliyyət, şəffaflıq və müştərilərlə qurduğu ünsiyyətlə müəyyənləşir. Sosial şəbəkələrin və onlayn platformaların geniş yayılması istehlakçıların səsini daha güclü edib, şirkətlər haqqında formalaşan ictimai rəy isə əvvəlkindən daha sürətlə dəyişir. Belə şəraitdə müştəri etimadını qazanmaq, […]
Sosial şəbəkələr peşəkar jurnalistikaya necə təsir edir?
İnformasiyanın saniyələr ərzində milyonlarla insana çatdığı müasir dövrdə sosial şəbəkələr xəbərin istehsalı və yayılması prosesini köklü şəkildə dəyişib. Artıq hadisələrin ilk görüntüləri və məlumatları çox vaxt peşəkar media qurumlarından əvvəl sosial platformalarda paylaşılır. Bu isə ənənəvi jurnalistikanın fəaliyyət prinsiplərinə, xəbərin yoxlanılması prosesinə, auditoriya ilə münasibətlərə və media etibarına yeni çağırışlar yaradır. Bir tərəfdən sosial şəbəkələr […]
