4 mins read

DTX rəisi Əli Nağıyev Çinə gedib

Çin Xalq Respublikasının (ÇXR) İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ÇXR-in Ciansu əyalətinin Lianyunqan şəhərinə səfər edib. Canlixeber.com xəbər verir ki, bu barədə DTX məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin […]

1 min read

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Eldar Cəlilov və Samir Şeydayev 10 il müddətinə azadlıqdan məhrum edilib və cəzalarını […]

1 min read

Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Cahid Kamal İsayevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun iclasda prokuror təqsirləndirilənin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hökm elan edilib, Cahid Kamal İsayev 8 il 6 ay […]

1 min read

Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Canlixeber.com xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edilib. Qeyd edək ki, sabiq […]

3 mins read

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə fərqlənib. Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə […]

1 min read

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib. Canlixeber.com xəbər verir ki, Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə […]

1 min read

DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, təqsirləndirilən Saleh Səmədov məhkəmədə ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti iclas iyulun 1-nə təyin olunub.