Daxili İşlər Nazirliyi
Dövlət qulluqçuları adından dələduzluq edən şəxslər SAXLANILIBLAR
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və “WhatsApp” mesenceri vasitəsilə dövlət qulluqçuları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla törədilən çox sayda kiberdələduzluq halına qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, tədbirlərlə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən […]
Salyanda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb
Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. […]
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb. Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində […]
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Rəfail İsayev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan […]
İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlanıb
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 40 yaşlı X.Nurməmmədova saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Ondan 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dələduzluq edən 8 nəfər saxlanıldı
Azərbaycanda dələduzluq edən 8 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının avqustun 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
Azərbaycanda itkin düşən 19 nəfər tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avqustun 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb
Ötən gün Azərbaycanda narkotiklərlə əlaqədar 37 fakt aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, avqustun 14-də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Bakıda mopedlə motoxuliqanlıq edən sürücü həbs edilib
Paytaxt ərazisində avtoxuliqanlıq edən moped sürücüsü həbs edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü – 23 yaşlı Famil Ağayev müəyyən olunaraq saxlanılıb. Qeyd olunub ki, […]
DİN: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın
Son günlər “WhatsApp” tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, belə hallarda kiberdələduzlar tanıdığınız şəxsin adından, fotoşəklindən və digər məlumatlarından istifadə edərək saxta hesab […]
