1 min read

Naxçıvanda ayağının kəsilməsi planlaşdırılan pasiyent Türkiyədə sağaldı

Naxçıvanda ayağının amputasiyasına qərar verilən xəstə Türkiyənin Iğdır şəhərində uğurlu əməliyyat nəticəsində ayağını itirməkdən xilas olub. Canlixeber.com xəbər verir ki, Iğdır Nevruz Erez Dövlət Xəstəxanasında xəstəyə uğurlu “bypass” əməliyyatı aparılıb. Əməliyyat nəticəsində ayağın qan dövranının bərpasına nail olunub və amputasiyanın qarşısı alınıb. Qeyd edək ki, hadisə Türkiyə mətbuatında da işıqlandırılıb.

1 min read

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənninin bir müddət əvvəl ürəyində problem yaranıb. Qeyd edək ki, Daşqın Eldarlı Gəncədə və ətraf bölgələrdə tanınan […]

2 mins read

Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub

Bərdədə doğuşdan üç gün sonra aparılan cərrahiyyə əməliyyatının nəticəsində vəfat edən qadının ölümündə təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Zaur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bərdə Rayon Məhkəməsində hakim Ziya Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən həkim 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına […]

1 min read

Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü

Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib. Canlixeber.com xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib. Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və […]

1 min read

Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu

Azərbaycanda həkimlər ağır cərrahi əməliyyatla qopmuş qolu bərpa ediblər. Canlixeber.com xəbər verir ki, 29 yaşlı qızın sol qolu ağır yol-nəqliyyat hadisəsi nəticəsində travmatik amputasiya olunub. O, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə edilib və əməliyyat olunub. Əməliyyatdan sonra bərpa olunan damarlarda qan dövranı təmin edilib, ətrafda normal isinmə müşahidə olunub və nəticə olaraq xəstənin […]