Bakı şəhəri
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub
Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Quacquarelli Symonds (QS) tərəfindən 2026-cı il üzrə “Best Student Cities” (Dünyanın ən yaxşı tələbə şəhərləri) reytinqi açıqlanıb. Cənlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat yayıb. Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən 150 şəhərin qiymətləndirildiyi reytinqdə Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb. […]
Bakıda marketdən 5 min manatlıq oğurluq edilib
Paytaxtın Nərimanov rayonunda yerləşən marketlərin birindən ümumi dəyəri 5000 manat olan spirtli içkilər və tütün məmulatları oğurlanıb. Canlixeber.com xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Əlfəddinzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, dəfələrlə müxtəlif vaxtlarda həmin marketdən oğurluq edib. Araşdırmalar davam etdirilir.
Bakıda əvvəllər də adam öldürdüyünə görə həbsdə olan şəxs yenidən qətl törətdi
Bakıda birlikdə kirayədə qaldığı şəxsi çoxsaylı bıçaq zərbələri ilə öldürməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Hüseyn Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı […]
44 yaşlı kişi küçədə vəfat etdi
Bakıda küçədə halı pisləşən şəxs vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə Xətai rayonu Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahov səhhətinin qəfil pisləşməsi səbəbindən küçədə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bakıda 76 yaşlı kişi yıxılaraq ölüb
Paytaxtda 76 yaşlı kişi yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, Xocəsən qəsəbə sakini, 1950-ci il təvəllüdlü Famil Nazim oğlu Abdullayev yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən F.Abdullayev orada həyatını itirib. Binəqədi rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.
Bakıda yeni təmayül tədris modelinə qeydiyyat BAŞLADI
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Bildirilib ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin […]
Bakıda 38 yaşlı qadın itkin düşdü
Bakıda Tovuz rayon sakini olan 38 yaşlı qadın itkin düşüb. Canlixeber.com xəbər verir ki, 07.11.1988-ci il təvəllüdlü Bayramova Cəmilə Ceyhun qızı bu il mayın 11-də paytaxtın Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27, mənzil 40 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşən şəxs 1.73 sm. boyunda, orta […]
Bakının mərkəzində 12 hektarlıq yeni park salınacaq
Bakının Nəsimi rayonunda yeni istirahət parkı salınacaq. Canlixeber.com xəbər verir ki, bununla bağlı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən satınalma elan olunub. Layihəyə əsasən, 28 May küçəsində “The Ritz-Carlton Baku” otelinə qədər olan ərazidə 12 hektarlıq park yaradılacaq. Satınalma parkın salınması ilə bağlı işlərin həyata keçirilməsini nəzərdə tutur. Layihənin icrası ilə əlaqədar podratçı […]
Qobustanda qəzalı körpü sökülür
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpünün sökülməsi ilə bağlı qərar qəbul olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda ərazidə yeni körpünün layihələndirilməsi və nəqliyyatın dayanıqlı təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu müddət […]
