Bakının mərkəzində 12 hektarlıq yeni park salınacaq
1 min read

Bakının mərkəzində 12 hektarlıq yeni park salınacaq

Bakının Nəsimi rayonunda yeni istirahət parkı salınacaq.

Canlixeber.com xəbər verir ki, bununla bağlı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən satınalma elan olunub.

Layihəyə əsasən, 28 May küçəsində “The Ritz-Carlton Baku” otelinə qədər olan ərazidə 12 hektarlıq park yaradılacaq.

Satınalma parkın salınması ilə bağlı işlərin həyata keçirilməsini nəzərdə tutur. Layihənin icrası ilə əlaqədar podratçı şirkətin müəyyənləşdirilməsi üçün müvafiq prosedura başlanılıb.