1 min read

Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı

Bakıda avtomobil satışı adı altında dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı M.Abuzərli polis əməkdaşları tərəfindən saxlanılıb. Canlı xəbər.com, o, avtomobil almaq istəyən vətəndaşlara nəqliyyat vasitələrini kredit yolu ilə əldə edə biləcəklərini bildirərək onlardan ilkin ödənişlər alıb. Lakin verdiyi vədləri yerinə yetirməyərək pul vəsaitlərini ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.