Sumqayıtda oğurluq edən şəxs saxlanılıb
1 min read

Sumqayıtda oğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bilidirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun bundan əvvəl də bir nəfərə məxsus planşeti oğurladığı məlum olub

Araşdırmalar davam etdirilir.