Sumqayıt Narkoloji Dispanserində 6 054 nəfər qeydiyyatda olan xəstə var
Sumqayıt Narkoloji Dispanserində 6 054 nəfər qeydiyyatda olan xəstə var.
Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt Narkoloji Dispanserindən məlumat verilib.
Qeydiyyatda olanların 4 557 nəfərini narkotik istifadəçiləri təşkil edir. Onlardan 110-u qadındır.
Məlumata əsasən, dispanserdə qeydiyyatda olan 1 487 nəfər isə alkoqolizm xəstəsidir. Həmin şəxslərdən 24-ü qadındır.
