Sükan arxasında yuxulaması ehtimal olunan sürücü iki nəfərin həyatına son qoydu.
1 min read

Sükan arxasında yuxulaması ehtimal olunan sürücü iki nəfərin həyatına son qoydu.

İyunun 8-i saat 13 radələrində, Goranboy rayonunun Səmədabad kəndi ərazisində rayon sakini 73 yaşlı Səməndər Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn həmyerlisi 86 yaşlı Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub

Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində Şahbaz Qarayev, eləcə də Səməndər Cəfərovun sərnişini Rza Qasımov hadisə yerində həyatlarını itirib.

Sözügedən yol-nəqliyyat hadisəsi zamanı “VAZ 2107” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.