Samuxda Kürdə bir nəfər batıb
Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb.
Canlixeber.com xəbər verir ki, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
