Sabunçuda oğurluq edən şəxslər saxlanıldı
1 min read

Sabunçuda oğurluq edən şəxslər saxlanıldı

Sabunçu rayonu ərazisində oğurluq faktı qeydə alınıb.

Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək 2700 manat maddi vəsaitinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Əmrahlı və E.Əhmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar davam etdirilir.