Naxçıvanda 18 yaşlı qızı maşın VURDU
1 min read

Naxçıvanda 18 yaşlı qızı maşın VURDU

Naxçıvanda 18 yaşlı qızı avtomobil vurub.

Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində baş verib.

Belə ki, avtomobil Şərur rayon sakini, 2008-ci il təvəllüdlü Günay Elçin qızı Zülfüqarzadəni vurub. Xəsarət alan piyada Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.