“Qəbələ” klubu aparıcı yarımmüdafiəçisi ilə yollarını ayırdı
“Qəbələ” klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.
Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, 2025-ci ilin yayından komandada çıxış edən Kot-d’İvuardan olan oyunçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, Misli Premyer Liqasında 30 (4 qol), pley-offda 1, Azərbaycan Kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.
