Qaxda yol qəzasında azyaşlı ölüb, bir neçə nəfər xəsarət alıb
1 min read

Qaxda yol qəzasında azyaşlı ölüb, bir neçə nəfər xəsarət alıb

Qaxda ağır yol qəzası olub.

Canlixeber.com xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunda baş verib.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərin birinda olan azyaşlı aldığı ağır xəsarətlərdən həyatını itirib. Daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.