Qəbələdə ağır qəza: 16 yaşlı piyada öldü
1 min read

Qəbələdə ağır qəza: 16 yaşlı piyada öldü

Qəbələdə baş verən ağır yol qəzası piyadanın ölümü ilə nəticələnib.

Canlixeber.com xəbər verir ki, hadisə dünən saat axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Rabil Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.