“Neftçi”dən ilk transfer həmləsi: Braziliyalı futbolçu hədəfdə
1 min read

“Neftçi”dən ilk transfer həmləsi: Braziliyalı futbolçu hədəfdə

Növbəti mövsüm üçün transfer çalışmalarına start verən “Neftçi” ilk keçidini reallaşdırmaq istəyir.

Canlixeber.com Sport24.az-a istinadən xəbər verir ki, “Ağ-qaralar” braziliyalı cinah oyunçusu Davi Qabriellə maraqlanır.

28 yaşlı futbolçu həm cinah müdafiəçisi, həm də vinqer kimi oynaya bilir. O, ölkəsinin C Seriyasında çıxış edən “Brusque”yə məxsusdur.

Qeyd edək ki, “Neftçi” növbəti mövsüm UEFA Konfrans Liqasında çıxış edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *