Marketdə müştərinin çantasını oğurlayan şəxs saxlanıldı
1 min read

Marketdə müştərinin çantasını oğurlayan şəxs saxlanıldı

Abşeron rayonunda talama cinayəti baş verib. Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birində naməlum şəxs alış-veriş edən zərərçəkənin içərisində nağd pul, bank kartı və şəxsi sənədləri olan çantasını oğurlayıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 61 yaşlı N.Qulamov saxlanılıb. Həmçinin ondan psixotrop maddə olan metamfetmanin də aşkarlanıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.