Gəncədə yeniyetməni avtomobil vurdu
1 min read

Gəncədə yeniyetməni avtomobil vurdu

Gəncədə yeniyetməni avtomobil vurub.

Canlixeber.com xəbər verir ki, şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyada – 2012-ci il təvəllüdlü A.Babayevi avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.