Gəncədə 38 yaşlı kişi bıçaqlandı: Qardaşı oğlu şübhəli bilinir
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü H.Oktyabrski hər iki bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, yaraları tikilib. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
İlkin məlumata görə, 38 yaşlı kişi aralarında yaranmış mübahisə zamanı qardaşı oğlu tərəfindən bıçaqlanıb.
Faktla bağlı polis araşdırma aparır.
