Gəncədə 33 yaşlı kişi bıçaqlanıb
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü E.Əsgərov qarnın kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
33 yaşlı kişinin hansı şəraitdə bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
