Kriminal
Gömrükdə yarım milyon manatlıq əməliyyat
Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə DGK məlumat yayıb. Bildirilib ki, Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinə […]
“Gündəlik Bakı” qəzetinin baş redaktoru barəsində qərar verilib
“Gündəlik Bakı” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Xatırladaq ki, Habil Vəliyev Bakı Ağır […]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilmiş tədbirlərlə həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət […]
Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi
Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş […]
14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi
Bakıda yetkinlik yaşına çatmayan qızın görüntülərini sosial şəbəkələrdə yayan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Canlixeber.com xəbər verir ki, Maştağa qəsəbə sakini 2000-ci il təvəllüdlü Malik Məmmədov (adlar və soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 171-1-ci (uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə iş açılıb. Araşdırmalarla müəyyən edilib ki, o, “Instagram”da tanış olduğu 14 yaşlı Südabənin intim görüntülərini əldə […]
Bakıda 18 yaşlı oğlan qətlə yetirilib
Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu F.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov münaqişə zəminində Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Arda Qurbanlını bıçaqla öldürüb. Q.Mahmudov polis əməkdaşları tərəfindən tutulub. Araşdırma rayon prokurorluğu tərəfindən […]
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən M.Nəzərov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 47 ədəd narkotik xassəli kol, eləcə də 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Faktla bağlı […]
Siyəzəndə 6 kiloqram narkotik vasitə aşkarlanıb
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində silsilə tədbirlər həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən 14 nəfər müəyyən edilərək saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb. […]
Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1160 […]
Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəməsi başlayıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə işini davam etdirib. Şahid qismində ifadə verən Sahib Qarayev bildirib ki, Mehdi Əmrahovu bir dəfə görüb və Mehdi […]
