1 min read

UEFA “Fənərbağça”ya və futbolçularına qarşı intizam işi açıb

UEFA Türkiyənin “Fənərbağça” klubuna və futbolçuları Matteo Genduzi ilə Meyson Qrinvuda qarşı intizam işi açıb. Canlixeber.com xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. Klub Fransada “Lion”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra yaşananlara görə bu halla üzləşib. Qarşılaşmanın ardından sözügedən futbolçular davada iştirak ediblər. Xatırladaq ki, rəqibini 2:1 hesabı […]

1 min read

“Səbail”in adı dəyişdirilir

“Səbail” futbol klubunun adı dəyişdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcək olması bizim üçün böyük qürur və sevinc mənbəyidir.Bu dəyişiklik […]

1 min read

“Şəfa”dan ayrılan Aqil Nəsibov “Şahdağ Qusar”a keçib

Azərbaycan I Liqasında çıxış edən “Şahdağ Qusar” heyətinə daha bir futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Komanda 24 yaşlı yarımmüdafiəçi Aqil Nəsibovla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb. Xatırladaq ki, Aqil Nəsibov son olaraq “Şəfa”da çıxış edib.

1 min read

“Qarabağ” və “Zirə”nin futbolçuları Mozambik millisinə çağırıldılar

“Qarabağ” və “Zirə”nin futbolçuları Mozambik milli komandasına dəvət alıblar. Canlixeber.com xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Bruno Lanqa və “Zirə”nin yarımmüdafiəçisi Rikardo Gimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunları üçün milli komandaya çağırılıblar. Hər iki futbolçu Mozambik yığmasının 41 nəfərlik geniş heyətində yer alıb. Mozambik seçmə mərhələdə Seneqal, Sudan və Efiopiya ilə eyni qrupda mübarizə […]

1 min read

“Sabah” heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi

“Sabah” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı klubunun rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, paytaxt təmsilçisi Rusiyanın “Zenit” klubunun braziliyalı yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürüb. 26 yaşlı braziliyalı futbolçu cari mövsümün sonunadək “Sabah”ın şərəfini qoruyacaq. Müqavilə şərtlərinə əsasən, Bakı klubu icarə müddəti başa çatdıqdan sonra oyunçunu birdəfəlik […]

1 min read

“Şimal” klubu nigeriyalı Umar Abubakarı heyətinə qatıb

Azərbaycan I Liqasında çıxış edən “Şimal” klubu heyətinə nigeriyalı futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi Umar Abubakarla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. Xatırladaq ki, oyunçu Moldovanın “Saksan” və Tacikistanın “İstiklol” komandalarında çıxış edib.

1 min read

Azərbaycanlı kikboksçu dopinqə görə iki il diskvalifikasiya edildi

Kikboksinq üzrə Azərbaycan idmançısı Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün iki il müddətinə diskvalifikasiya edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli AntiDopinq Agentliyi (AMADA) məlumat yayıb. Məlumata görə, Abbaszadənin nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitlərinin, yaxud markerlərinin aşkarlanması (2.1), həmçinin qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi […]