Cəmiyyət
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Bu gün Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 05.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M. Ə. Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə […]
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
İyunun 5-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti […]
Tovuzun bəzi əraziləri qazsız qalacaq
Beş iyun saat 09:00-dan Tovuz şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması təmir-quraşdırma işlərinin görülməsi ilə əlaqədardır.
Ağcabədinin bəzi ərazilərində qaz kəsiləcək
Beş iyun saat 10:00-dan Ağcabədi şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi il əlaqədardır.
Azərbaycanın ən yaşlı sakini vəfat etdi – 136 il ömür sürdü
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib. Canlixeber.com Report-a istinadla bildirir ki, ölkənin ən yaşlı sakini olan 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb. Əslən Yardımlı rayonundan olan T.Əzizova ailə qurduqdan sonra Lənkərana köçüb, 4 övladı olub.
Yenidoğulmuşlarda qan qrupu necə təyin edilir?
“Qan transfuziyası müasir tibbin həyatqurtaran prosedurlarından biridir. Bu prosesin təhlükəsizliyi ilk növbədə dəqiq immunohematoloji diaqnostikadan asılıdır. Qan qrupunun səhv təyin edilməsi və ya uyğunsuz qan komponentinin köçürülməsi immunoloji hemolitik reaksiyalara, ağır orqan çatışmazlığına, hətta ölümə səbəb ola bilər. Bu risk xüsusilə yenidoğulmuşlarda daha yüksəkdir”. Oxu.Az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” […]
Ali Məhkəmənin xəbərdarlığı: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır
Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlər. Oxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, vədlər yerinə yetirilmədiyi halda isə adətən, mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə […]
Bakıda yeni körpü tikilir
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni biraşırımlı körpünün inşasına start verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, hazırda ərazidə svayvurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür. Xatırladaq […]
Bakıda tanınmış həkim VƏFAT ETDİ
Bakıda tanınmış baş həkim vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Belə ki, tanınmış stomatoloji klinikalardan birinin baş həkimi kimi fəaliyyət göstərən Vaqif Səmədov vəfat edib.
