Cəmiyyət
Bəzi ərazilərdə yağış yağır, küləyin sürəti 28 m/s-yə çatır – FAKTİKİ HAVA
Mayın 29-u saat 16:00-a olan faktiki hava durumu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda arabir şimşək çaxır, yağış yağır. Bir sıra ərazilərdə qərb küləyi əsir, […]
Şuşanın Böyük Qaladərəsi kəndində 17 fərdi ev bərpa olunub
Şuşa rayonunun Böyük Qaladərəsi kəndində birinci mərhələdə 17 ev bərpa edilib. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi İsmayıl İsmayılov deyib. O, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş kəndin 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı azad olunduğunu bildirib. İ.İsmayılov qeyd edib ki, […]
Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb
Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən avtomobil şinlərinin satışı anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. “Obyektin istismarının davam etdirilməsi […]
Fizika-riyaziyyat elmləri namizədi Nüyvər Nəsrullayev vəfat etdi
Görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Gəncə Dövlət Universitetinin fəxri professoru Nüyvər Loğman oğlu Nəsrullayev vəfat edib. Canlixeber.com xəbər verir ki, Gəncə Dövlət Universitetinin fəxri professoru uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Nüyvər Nəsrullayev 1939-cu ilin martın 8-də Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub. pizza O, 1958-ci […]
Meteohəssas insanların nəzərinə
Mayın 29-u üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, günün ikinci yarısından Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Güclü küləklə bağlı xəbərdarlıq edilib
Mayın 29 və 30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, […]
Bu gün hava necə olacaq?
Mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər […]
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Canlixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır: “Belə ki, güclü külək […]
Vəkillər Kollegiyasının üzvü vəfat etdi
Vəkillər Kollegiyasının üzvü Loğman Abdullayev vəfat edib. Canlixeber.com xəbər verir ki, onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Loğman Abdullayev 10 illik vəkillik təcrübəsinə malik olub.
Bakı və Abşeronda yağış yağacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında mayın 29-u axşamdan 30-u səhərədək arabir yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mayın 29-u gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. […]
