Cəmiyyət
Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
Paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi […]
Səhiyyə Nazirliyi Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib
Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. Canlixeber.com Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir: “Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir, hər hansı epidemiya və ya kütləvi yayılma […]
Təhsil TV-yə yeni direktor təyin edildi
Təhsil TV-nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib. Canlixeber.com xəbər verir ki, əmək fəaliyyətinə media sahəsində başlayan Bəhruz Nəzərov müxtəlif illərdə “SPACE” Müstəqil Teleradio Şirkətində, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində, “ATV International” telekanalında, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb. Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin […]
Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir
Milli Məclis “Avtomobil yolları haqqında”, “Dövlət rüsumu haqqında” və “İcbari sığortalar haqqında” qanunların mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılmasını üçüncü oxunuşda təsdiqləyib. Canlixeber.com xəbər verir ki, qanun layihəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Həmin qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, […]
Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir
Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpülərinin tikintisi davam etdirilir. Hər üç körpü bir aşırımlı olmaqla layihələndirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, körpülərdən biri Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində tikilir. Hazırda tikinti işləri yekun mərhələyə çatıb və […]
Bu məhsullar gömrük rüsumundan azad edilir
Bu məhsullar gömrük rüsumundan azad edilir. Canlixeber.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanuna qanuna dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona […]
“Araz-Naxçıvan”ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub
“Araz-Naxçıvan”ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Əvəzedici heyətdən əsas komandaya cəlb edilən oyunçu Türkiyənin İstanbul şəhərində qasıq yırtığından əməliyyat edilib. Əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.
Velosiped və skuter sürənlərin NƏZƏRİNƏ
Paytaxt yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə daha 19 yolayrıcında mövcud olan işıqforlara 42 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. NİİM tərəfindən görülən işlər çərçivəsində paytaxtın Nəsimi və Yasamal rayonlarındakı svetoforlara quraşdırılan velosiped […]
Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
Bu gün Bakının Zirə qəsəbəsi, Yasamal rayonu və Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, bu gün Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Zirə qəsəbəsi Seyid Əzim […]
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
İyulun 10-da təmir-quraşdırma işləri ilə əlaqədar ölkənin bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Saatlı rayonunun Yeni Novruzlu qəsəbəsinin və Qıraqlı, Mustafabəyli, Bəylik, Yeni Novruzlu kəndlərinin, həmçinin Hacıqabul rayonunun Muğan qəsəbəsinin […]
