1 min read

Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşanadək 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində, 94 nömrəli transformator yarımstansiyası yaxınlığına […]

1 min read

Bu il 399 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib

“Cari il ərzində 399 nəfərin readmissiyası həyata keçirilib”. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib. O bildirib ki, geri qəbul olunan şəxslərin 306 nəfəri əsasən Avropa İttifaqına üzv dövlətlərdən Azərbaycana qaytarılan Azərbaycan vətəndaşları olub: “Bundan əlavə, yaxın vaxtlarda növbəti readmissiya […]

2 mins read

Ötən dövrdə 800-ə yaxın əcnəbi Azərbaycandan deportasiya edilib

“Hesabat dövründə qanunsuz miqrasiyaya qarşı görülən tədbirlər çərçivəsində 9 min 757 inzibati qərar qəbul edilib”. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib. O bildirib ki, bu qərarlar əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar edilmiş, elektron informasiya sistemləri vasitəsilə müəyyən olunan […]

1 min read

Bakıda marketin liftinin fəaliyyəti dayandırılıb

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində fəaliyyət göstərən marketin liftinin fəaliyyəti dayandırlıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub. Qeyd edilənlər nəzərə alınaraq, liftlin istismarı dayandırılıb və texniki […]

1 min read

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Nərimanov Tibb Mərkəzinə yeni direktor təyinatı olub. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Təranə Əmirxan qızı Quliyeva təyin olunub. Qeyd edək ki, T.Quliyeva bu təyinatadək Şağan Reabilitasiya Pansionatının direktoru vəzifəsində çalışıb.

1 min read

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Hacan Hacısoy 1996–2004-cü illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub.

1 min read

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Bu gün Bakının Yasamal və Nərimanov rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində fasilələr olacaq. Canlixeber.com xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bİldirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək MİDA yaşayış kompleksinin […]

1 min read

Çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 29-da şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba ) 26-27, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.