1 min read

Bu gün çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 31-də arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.

1 min read

Bu gün hava necə olacaq?

İyulun 31-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi […]

1 min read

Hazırda küləkli hava müşahidə olunur – FAKTİKİ HAVA

İyulun 30-da saat 15:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 17 m/san, Goranboyda cənub-qərb küləyinin maksimal sürəti 19 m/san, Naftalanda isə 18 m/san təşkil edir.

5 mins read

Avqustda bəzi günlərdə temperatur 41 dərəcəyə çatacaq – AYLIQ PROQNOZ

Avqust ayında havanın ortaaylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və […]

1 min read

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

Dövlət Gömrük Komitəsində (DGK) struktur dəyişikliyi olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Belə ki, DGK-nın Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb. Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.

1 min read

7 saylı Şəhər poliklinikasının baş həkimi işdən çıxarıldı

Paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının baş həkimi Şəlalə Zakir qızı Səfərova vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Hələlik baş həkim vəzifəsinə yeni təyinat olmayıb. Xatırladaq ki, ötən gün 27 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova da işdən çıxarılıb.

1 min read

Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoruna müavin təyin edilib

Cəbi Quliyev Naxçıvan Muxtar Respublikası (MR) Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktorunun müavini təyin edilib. Canlixeber.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, C.Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.

1 min read

Bu gün hava necə olacaq?

İyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 24-26°, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, […]

1 min read

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 30-da bəzi ərazilərdə təmir-təftiş işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata görə, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək İnşaatçılar prospektinin və Nəriman Nərimanov prospektinin bir hissəsində […]

1 min read

Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

İyulun 30-31-də Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.