1 min read

Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək

Qurban bayramı ərəfəsində pensiya və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 27 və 28-nə təsadüf edən bayram günləri ilə əlaqədar ödəniş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmur. Qurum rəsmiləri bildirir ki, ölkə üzrə […]

1 min read

AZAL Naxçıvan reyslərini bərpa edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib. Canlixeber.com AZAL-a istinadən xəbər verir ki, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur. “Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir”, – deyə aviaşirkət bəyan edib.

1 min read

FHN intensiv yağışla bağlı tədbirlər həyata keçirir

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən hazırda yağan intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Canlixeber.com xəbər bu barədə FHN məlumat yayıb. Məlumata görə, FHN-in qüvvələri tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata […]

1 min read

Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 203-279 %-ni təşkil edir – FAKTİKİ HAVA

Mayın 17-si saat 09:30-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.

1 min read

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, 180 zəvvar Heydər Əliyev Hava Limanından Həccə gediblər. Həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün 1 150 kvota yeri ayırıb. Bu il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib. Qeyd edək ki, mayın 27, 28-i Azərbaycanda […]

1 min read

Meteohəssas insanların NƏZƏRİNƏ

Mayın 17-si üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Abşeron yarımadasında gün ərzində yağışlı hava şəraiti gözlənilir. Bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1 min read

Bəzi ərazilərə dolu düşəcək

Azərbaycanda mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yağıntının yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 752 mm […]

1 min read

Naxçıvana uçuşlar ləğv olunub – SƏBƏB

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək”, – məlumatda […]