Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək
1 min read

Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək

Qurban bayramı ərəfəsində pensiya və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Canlixeber.com xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 27 və 28-nə təsadüf edən bayram günləri ilə əlaqədar ödəniş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmur. Qurum rəsmiləri bildirir ki, ölkə üzrə pensiya, müavinət və təqaüdlərin paylanması prosesi onsuz da hər ayın 27-si tarixinədək tam başa çatdırılır.

Bu o deməkdir ki, vətəndaşlar vəsaitlərini elə bayram günlərinə qədər əldə edə biləcəklər. Mövcud sistem ödənişlərin vaxtında yekunlaşmasını təmin etdiyi üçün əlavə qərara və ya maliyyə vəsaitlərinin öncədən köçürülməsinə zərurət yaranmayıb. İnsanlar ödənişlərini həmişəki qaydada və müəyyən olunmuş vaxt çərçivəsində alacaqlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *