Biləsuvarda 26 yaşlı şəxs öldürüldü: Xalası oğlu tutuldu
Biləsuvar rayonunda qətl hadisəsi olub.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı bıçaqlanıb.
O, aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Onun öldürülən şəxsin xalası oğlu olduğu bildirilir.
