Bakı-Qəbələ-Bakı qatarları həftəsonları hər iki istiqamətə hərəkət edəcək
Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər 6 iyundan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq.
Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, həmin günlərdə qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.
Qeyd edilib ki, səfər biletini ADY-nin saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.
