Bakı Metrosunda yeni təyinatlar olub
“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.
Canlixeber.com xəbər verir ki, bununla bağlı qurum sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Aydan Qurbanova QSC-nin Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinin rəisi, Rəsul Rzayev isə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Digər əmrlə, Rəşad İbrahimov Bakı metrosunun Satınalma şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.
