Azərbaycanda ər və arvad bıçaq xəsarəti ilə xəstəxanaya çatdırıldılar
1 min read

Azərbaycanda ər və arvad bıçaq xəsarəti ilə xəstəxanaya çatdırıldılar

Ağcabədi rayonunda qadın və həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıblar.

Canlixeber.com xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Ağabəyli kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev və həyat yoldaşı – 1999-cu il təvəllüdlü Mehparə Ağayevaya əməliyyat olunublar.

İlkin ehtimala görə, Ə.Ağayev əvvəlcə arvadı M.Ağayevanı bıçaqlayıb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.