Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatında oyunları yekunlaşdırıb
1 min read

Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatında oyunları yekunlaşdırıb

Azərbaycanın basketbolçu qızlardan ibarət U-18 millisi Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatı B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Norveç seçməsi ilə qarşılaşıb.

Canlixeber.com xəbər verir ki, milli çempionatdakı son oyununda rəqibini 77:48 hesabı ilə məğlub edib.

Görüşün ən məhsuldar basketbolçusu (MVP) 25 xal, 22 ribaundla millinin üzvü Polina Şukina seçilib.

Qeyd edək ki, Avropa çempionatı B divizionundakı çıxışını yekunlaşdıran U-18 qız milli çempionatı 20 komanda arasında 17-ci sırada bitirib.