Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı
1 min read

Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı

Ağcabədidə kişi itkin düşüb.

Canlixeber.com xəbər verir ki, Laçın rayonu, Yığın kənd sakini Əsədov Adil Əsəd oğlu iyulun 25-də itkin düşüb.

Faktla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus “Mercedes-Benz” markalı avtomobil iyulun 30-da Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən keçən hissəsində aşkar edilib.

Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.