Ağcabədidə kanalda batan şəxsin meyiti tapıldı
Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, suda boğulan 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
