Şamaxıda kişi bıçaqlandı: Oğlu saxlanıldı
1 min read

Şamaxıda kişi bıçaqlandı: Oğlu saxlanıldı

Şamaxıda bıçaqlanma hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Ağayevin oğlu, 37 yaşlı Anar Ağayev saxlanılıb.

Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.