Bakı-Sabunçu istiqamətində qatarların hərəkətində GECİKMƏ OLUB
Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yubanma qeydə alınıb.
Canlixeber.com xəbər verir ki, hadisə Bakıxanov, Sabunçu və Zabrat stansiyaları istiqamətində baş verib.
Bildirilib ki, qatar stansiyalar arasında qeyri-sabit hərəkət edib və vaqonlarda güclü yırğalanma hiss olunub.
“Qatar iki-üç stansiyanı güclə, yırğalana-yırğalana keçdi. Elə bil aşacaqdı. Daha sonra sərnişinlərə texniki problem olduğu və qatarın mənzil başına gec çatacağı bildirildi”, – deyə müraciətdə qeyd olunub.
