Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri ölüb
1 min read

Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri ölüb

İyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar; 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.

Canlixeber.com xəbər verir ki, nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.