Sabunçuda yük maşını minik avtomobilinə çırpıldı: Sürücü xəsarət aldı
Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com Patrul.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 09:10 radələrində Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində, 2 saylı Doğum Evinin qarşısında qeydə alınıb.
Belə ki, “Nissan” markalı, 77-SU-546 dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkətdə olarkən, arxadan gələn “Hyundai Porter” markalı, 99-MX-280 dövlət qeydiyyat nişanlı yük avtomobili ona çırpılıb.Güclü zərbənin təsirindən “Nissan”ın sürücüsü ayaq nahiyələrindən yüngül bədən xəsarətləri alıb.
Qəza səbəbindən ərazidə, xüsusilə doğum evinin qarşısındakı yolda müvəqqəti sıxlıq və nəqliyyatın hərəkətində ləngimə yaranıb.Faktla bağlı araşdırma aparılır.
