Tovuzda avtomobil qəzası ölümlə nəticələnib
1 min read

Tovuzda avtomobil qəzası ölümlə nəticələnib

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Əsrik yolu adlanan ərazisində qeydə alınıb.


Qəza nəticəsində 1994-cü il təvəllüdlü İ. Nağıyev ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.