Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib
1 min read

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş beş avtomobilə – “Opel”, “Hyundai”, “Toyota”, “Mercedes” və “Range Rover” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.