Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu
Bakıda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Canlixeber.com xəbər verir ki, hadisə dünən gecə saatlarında Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində baş verib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1975-ci il təvəllüdlü Mehriban Abdullayevanı bıçaqlamaqda şübhəli bilinən oğlu K.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
