İsmayıllıda gənc oğlan küçədə bıçaqlandı
İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, Bakı şəhər sakini – 1997-ci il təvəllüdlü İmam Bağırov rayonun mərkəzi küçələrindən birində naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, İsmayıllı rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub və əməliyyat edilib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma başlanılıb. Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
