October 2026
Ata 14 yaşlı qızını oğlanla danışanda tutdu, özü təcavüz etdi – Dəhşətli cinayətin təfərrüatı
Füzuli rayonunda ata doğma qızına təcavüz edib. Canlixeber.com xəbər verir ki, rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Ağayev (ad və soyad şərtidir – red.) 2008-ci ildə ailə qurub və birgə nikahdan 3 övladı olub. Bir müddət əvvəl Vasifin anası yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb və xəstəxanaya yerləşdirilib. O, həyat yoldaşını anasına qulluq etmək üçün Bakıya […]
Mingəçevirdə qadın bıçaqlandı – Əri tutuldu
Mingəçevir şəhərində qadın bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Belə ki, şəhər sakini Aygün Həşimovaya kəsici alətlə xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişik əri 1980-ci il təvəllüdlü Qasım Quliyev polisə könüllü təslim olub. Faktla bağlı araşdırma aparılır.
Xətainin bir hissəsi qazsız qalacaq
Bu gün Bakının Xətai rayonunun bir küçəsində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Abbas Səhhət küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Sabah hava meteohəssas insanlara necə təsir edəcək?
Oktyabrın 5-i üçün tibbi-meteoroloji proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir. Bu hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Oktyabrın 5-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda duman müşahidə olunacaq. Bununla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Oktyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz 18-22 dərəcə isti olacaq. […]
Tramp ABŞ-də yeni qüvvələrin yaradıldığını elan etdi
ABŞ Prezidenti Donald Tramp ölkədə Superkəşfiyyat Qüvvələrinin (SIF) yaradıldığını bəyan edib. Canlixeber.com xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı hesabında paylaşım edib. Məlumata görə, Superkəşfiyyat Qüvvələrinin əsas vəzifəsi ABŞ-nin superkəşfiyyat sahəsində dünya liderliyini qoruyub saxlaması üçün federal hökumətin fəaliyyətini əlaqələndirməkdir. Trampın sözlərinə görə, SIF ABŞ hökumətinin istehlakçılar, ictimai və dini təşkilatlarla qarşılıqlı əlaqələrini […]
Ciqan valideynlikdən məhrum oluna bilər
Model və bloger Oksana Samoylova keçmiş reper əri Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir. Canlixeber.com xəbər verir ki, blogerin bununla bağlı məhkəməyə müraciəti artıq qeydə alınıb. İşə hansı tarixdə baxılacağı isə hələ müəyyənləşdirilməyib. Oksanının vəkili isə reperin valideynlik hüquqlarının hansı formada məhdudlaşdırılmasının tələb edildiyini açıqlamayıb. Qeyd edək ki, repçi iyulda Moskvadakı evində işçilərini girov götürərək onlara atəş açıb. Hadisə zamanı Ciqanın övladları da evdə olub.
Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü
Quba rayonunda avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada həyatını itirib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 30-da Bəhrəli kəndi ərazisində baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Gülay Pirmuradovanı avtomobil vurub. Ağır xəsarətlər alan qız Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun […]
Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə oktyabrın 1-3-də Bakı Su İdmanı Sarayında keçirilən Dünya Kuboku bir sıra rekordlarla yadda qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə ASF məlumat yayıb. “İpək Yolu” adlanan beynəlxalq yarışda 44 ölkədən 216 idmançı mübarizə aparıb. Azərbaycanı turnirdə 15 üzgüçü təmsil edib. Azərbaycan millisi […]
