October 2026
Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü
Şəmkir şəhərində 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Rayon sakini 1976-cı il təvəllüdlü Səbuhi Rüstəmov dünən saat 12 radələrində yaşadığı evin həyətində 4 metr hündürlüyündə olan su çənini təmizləyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Rüstəmov aldığı xəsarətdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın ilk qadın snayperi vəfat etdi
Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. “Xalaqızı” ləqəbi ilə tanınan Növrəstə Yusifova əslən Xızı rayonundan olub. O, Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən müharibədə iştirak edən N.Yusifova ən gərgin döyüş bölgələrində snayper kimi xidmət edib.
Prezident: “İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir”
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir”. Canlixeber.com xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına […]
İlham Əliyev “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət etdi
Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. Canlixeber.com həmin müraciətin mətnini təqdim edir: “Sizi 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayır, tədbirin bütün iştirakçılarına uğurlar arzulayıram. 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi […]
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub
Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, oktyabrın 14-ü saat 08:00-dan Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət […]
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki […]
Səudiyyə Ərəbistanının paytaxtına növbəti raket hücumu: Yaralılar var
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket hücumu nəticəsində azı 4 nəfər yaralanıb, 15 yaşayış evinə ziyan dəyib. Canlixeber.com xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə Xidməti məlumat yayıb. Qurumun “X” sosial şəbəkəsində yaydığı açıqlamaya əsasən, Ər-Riyad səmasında iki qanadlı raket hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. “Ər-Riyad şəhərinə vurulan iki qanadlı raketin qalıqları düşüb. […]
İranda siyasi məhbus edam edildi
İranın Məhkəmə Ssistemi siyasi məhbus Əli-Sina Mustafəvinin edam hökmünün icra edildiyini açıqlayıb. Canlixeber.com xəbər verir ki, məhkəmə onu 2026-cı ilin mart–may aylarında Kirman şəhərində baş vermiş iki atışma hadisəsində günahlandırıb. Mustafəvi 2025-ci ilin dekabrı-2026-cı ilin yanvarında keçirilən kütləvi etiraz aksiyalarında da iştirak edib. Məhkəmə onu ölkə xaricində fəaliyyət göstərən farsdilli media şəbəkələrinə foto və videolar […]
Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. Canlixeber.com xəbər verir ki o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub
Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. Canlixeber.com bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, hücumu xarici haker qruplaşması həyata keçirib, 100-dən artıq dövlət domeni hədəfə alınıb. Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki […]
